YUYULUB DAĞILMIŞ KALDER

müxtəlif denudasiya prosesləri vasitəsilə dağılmış kalder. эродированная кальдера eroded caldera
YUYULMUŞ SAHİL
YUYUNTU
OBASTAN VİKİ
Kalder
Kaldera (isp. Caldera; "yemək qazanı") və ya kalder — vulkanın zirvəsinin və ya bəzən ona bitişik olan sahənin bir hissəsinin uçması zamanı əmələ gələn az və ya çox dərəcədə düz dibli, dik divarlı sirkvari oval və ya dairəvi çuxur. Kaldera eninə ölçüləri 10–15 km-ə, dərinliyi isə bir-neçə 100 m-ə çatır. Belə güman olunur ki, vulkan boğazından və ya çatdan partlayış zamanı külli miqdarda maqma püskürür. Bu zaman vulkan kamerasının daha dərin mənbələrdən gələn materiallarla dolmasına nisbətən, onun enməsi daha sürətlə gedir və vulkanın tavanı dayaq nöqtəsini itirərək uçur, yer səthində kaldera əmələ gəlir. Kraterdən mənşəyinə və böyük ölçülərinə görə fərqlənir. Vilyams qeyd edir ki, kraterin diametri əsasən 1–1,5 km olduğu halda, bir çox kaldera diametri 8 km-dən 15 km və daha böyük olur. Kaldera təsnifatı onların formasına və genezisinə əsaslanmışdır. Ritman, 1964, aşağıdakı kaldera tiplərini ayırır: zirvə kalderası (və ya nəhəng kraterlər), nəhəng eksploziv püskürmələr nəticəsində əmələ gələn monogen kaldera, bir sıra ardıcıl püskürmələr nəticəsində əmələ gələn poligen kaldera. Kalderanın əmələ gəlməsi haqqında iki fərziyyə məlumdur: Eşerə görə, kaldera maqmatik ocağın yalnız böyük dərinlikdə, Vilyamsa görə isə, yalnız az dərinlikdə yerləşməsi nəticəsində əmələ gələ bilər.
Aleksandr Kalder
Aleksandr Kalder (22 iyul 1898[…], Filadelfiya, Pensilvaniya – 11 noyabr 1976[…], Nyu-York, Nyu-York ştatı[…]) — həm öz estetik, həm də statik "stabil"ləri və monumental ictimai heykəlləri ilə tanınan amerikalı heykəltəraşdır. Kalder öz işini təhlil etməməyə üstünlük verərək, "Nəzəriyyələr rəssamın özü üçün çox yaxşı ola bilər, amma başqa insanlara yayım olmamalıdır" dedi. == Erkən yaş == Aleksandr "Sendi" Kalder 1898-ci ildə Pensilvaniya ştatının Lawnton şəhərində anadan olmuşdur. Onun doğum tarixi qarışıqlıq mənbəyi olaraq qalır. Kalderin anası Nanettenin (née Lederer) sözlərinə görə, Kalder avqustun 22-də anadan olub. Bununla belə, onun Filadelfiya Şəhər Zalında doğum haqqında şəhadətnaməsi, əllə yazılmış yazıya əsasən 22 iyul tarixində yazılıb. Kalderin ailəsi doğum haqqında şəhadətnamədən xəbər tutanda şəhər məmurlarının səhv etdiyini əminliklə iddia etdilər. Anası yəhudi və alman mənşəli, atası isə Kalvinist və şotland mənşəli idi, lakin Kalder özü heç vaxt heç bir dinə etiqad etmirdi və millətçiliyi rədd edirdi. Kalderin babası, heykəltəraş Aleksandr Milne Kalder Şotlandiyada anadan olub, 1868-ci ildə Filadelfiyaya mühacirət edib. O, Filadelfiya şəhər zalının qülləsində Uilyam Pennin nəhəng heykəli ilə tanınır.
Azərbaycanda dağılmış mədəni irs nümunələrinin siyahısı
Azərbaycanda məhv olmuş mədəni irs nümunələrinin siyahısı — müxtəlif dövrlərdə insan faktoru və ya təbii səbəblərdən dağılmış abidələrin siyahısı. == Siyahı == === Şirvanşahlar sarayının bir hissəsi === Azərbaycan Rusiyanın tərkibinə daxil olduğu dövrdə Rusiya hərbi nazirliyi Şirvanşahlar sarayını qismən təmir etdi. Eyni zamanda saray binalarının hərbi təchizat anbarları kimi düzəldilməsi üçün böyük yenidən qurma işləri həyata keçirildi. Hərbi nazirlik tərəfindən icra edilən təmir işləri dağılmış hissələrin bərpası ilə birlikdə sarayın restavrasiyası üçün önəmli olan bir sıra detalların məhvinə səbəb oldu. Saray binasını anbara uyğunlaşdırarkən hərbi nazirlik birinci və ikinci mərtəbədəki otaqları ayıran bir neçə divarı dağıtdı və ikinci mərtəbədə onların yerinə dam örtüyünü dəstəkləyən qövs şəkilli tağ qoydu. İkinci mərtəbənin bütün otaqlarındakı günbəz, çatma və xaç şəklində olan taxtapuşların qalıqları dağıdıldı; onlar düz, tirdən düzəldilmiş taxtapuşlarla əvəz edildi. Birinci mərtəbədəki pəncərə yerləri (iki cərgəli pəncərə) elə tutuldu ki, yalnız kiçik pəncərə qaldı. Birinci və ikinci mərtəbədə yeni geniş qapı yerləri açıldı. Bu dövrdə Bakıdakı Rus Pravoslav Kilsəsi yerində Bakı kafedralı tikmək üçün sarayın sökülməsinə nail olmağa çalışdı. Ancaq bu xahiş çar hökuməti orqanları tərəfindən o səbəbə görə rədd edildi ki, saray otaqları böyük anbarlar kimi istifadə edilir.
Dağıntı Axınından Dağılmış Evlərin Memorial Parkı
Dağıntı Axınından Dağılmış Evlərin Memorial Parkı (土石流被災家屋保存公園, Dosekiryu Hisay Kaoku Hozen Koen) – Yaponiyanın Naqasaki prefekturasının Minamişimabara şəhərində yerləşən memorial park. 1991-ci ildə Unzen vulkanının püskürməsi hadisəsinə həsr olunmuşdur. == Tarixi == 1991-ci ilin iyununda Minamişimabara şəhərinin yaxınlığında yerləşən Unzen vulkanı püskürmüş və piroklastik axına səbəb olmuşdur. Nəticədə, 43 nəfər ölmüş və şəhərdəki bir çox tikili dağıntıların altında qalmışdır. Faciəni yad etmək üçün dağıntıların altında qalmış bəzi evlər qorunub saxlanmasına və memorial parkın yaradılmasına qərar verilmişdir. Parkın yaradılması barədə qərar 24 mart 1999-cu ildə verilmiş və park 1 aprel 1999-cu ildə yaradılmışdır. == Xüsusiyyətlər == Memorial park açılanda oraya 11 tikili daxil idi (3-ü çadır strukturunun içərisində, qalanları çöldə). Lakin həmin tikililərdən 2-si istismar müddətini keçib ziyarətçilər üçün potensial təhlükə yaratdığı üçün 2021-ci ilin dekabrında sökülmüşdür. Parkdakı evlərdən ancaq birinin yeri əvvəlki yerindən fərqlidir. Evlər orta hesabla yerin 2,7 metr dərinliyinə batmışdır.